Şənbə, 27 Aprel

Keçmiş nazir Makronu "narsist" adlandırdı

image

Fransanın keçmiş müdafiə naziri Herve Morin prezident Emmanuel Makronu “uşaq-kral” və “narsist” adlandırıb.

Xəbər verilir ki, eks-nazir bu fikri “Point” nəşrinə müsahibəsində Makronun Ukraynaya qoşun göndərmək bəyanatını şərh edərkən bildirib.

Makronun mövqeyindən və beynəlxalq diplomatiyaya təsirindən narahatlığını ifadə edən Morin deyib ki, ölkə başçısının belə hərəkətləri təxribatdır. Bu, Fransanı parçalamaq və təcrid etmək məqsədi ilə Avropa liderlərini Yelisey sarayında toplamaq məqsədi daşıyır.

Eks-nazir əlavə edib ki, son yeddi il ərzində Makron öz “qəsrlərində” yaşayıb və əsl Fransanı, demək olar ki, görməyib. Onun fikrincə, Makronun narsizmi faydasız təxribatlara yol açır. Buna nümunə kimi prezidentin boksçu kimi qəribə fotoları göstərilib.

O, diqqətə çatdırıb ki, Fransa birtərəfli qaydada Ukraynaya qoşun yeritmək qərarı verə bilməz, çünki Ukrayna ilə ümumi sərhəd yoxdur. Bu, digər Avropa ölkələrinin hava məkanını keçməsinə səbəb ola bilər. Həmin ölkələr isə bu qərara qarşı çıxa bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45